Volodimir Zelenski danışıqlara hazırdır – ABŞ prezidenti Donald Trampbackend

Volodimir Zelenski danışıqlara hazırdır – ABŞ prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını və Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsini istədiyini bildirib.

Editor.az xəbər verir ki, o, bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərə bildirib. Amerika prezidenti Vladimir Putinlə söhbətin “çox yaxında baş verə biləcəyini” vurğulayıb. Tramp qeyd edib ki, Rusiya prezidenti ilə görüş danışıqlara başlandıqdan sonra baş tutacaq və onun sözlərinə görə, bu proses artıq gedir. Respublikaçı həmçinin bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli ilə bağlı razılaşmaya sadiqdir. Donald Tramp ümid etdiyini bildirib ki, Vladimir Putin də saziş bağlamağa hazırdır.

Anti-Rusiya sanksiyalarının saxlanması ilə bağlı suala cavab olaraq, Tramp “tariflərə daha çox üstünlük verdiyini” deyib. “Mən hesab edirəm ki, tariflər sözü daha yaxşıdır, çünki o, dolların gücünü qoruyur. “Mən hesab edirəm ki, tariflər daha effektivdir”, – ABŞ prezidenti əlavə edib.

//Samir Qurbanov, Editor.az