Britaniyalı politoloq və Praqa Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Mark Qaleotti “Sunday Times” qəzetinin köşə yazısında qeyd edib ki, Kiyev və onun Avropadakı müttəfiqləri ABŞ prezidenti Donald Trampı Ukrayna üzrə sülh sazişinin şərtlərini yumşaltmağa inandıra bilməyəcəklər.
Qaleotti hesab edir ki, Kiyev ABŞ-ın dəstəyi olmadan Trampın prezidentlik müddəti bitənə qədər Rusiya ilə silahlı qarşıdurmanı davam etdirməyə qadir deyil. “Ukraynalılar Amerikanın dəstəyi olmadan daha üç il doqquz ay mübarizə apara bilməz”, – Qaleotti bildirib.
Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Papa Fransiskin Müqəddəs Pyotr Bazilikasında dəfn mərasimindən əvvəl Vladimir Zelenski ilə 15 dəqiqəlik görüş keçirib. “Sky News” xəbər verir ki, mərasimdən sonra söhbəti davam etdirməyi planlaşdırıblar, lakin görüş baş tutmayıb. CNN-in məlumatına görə, Tramp dəfn mərasimindən sonra Romadan sürətlə ayrılıb.
//Samir Qurbanov, Editor.az