Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatına başlamaq üçün bir az daha vaxt lazımdır.
Editor.az bildirir ki, bunu Prezident Volodimir Zelenski deyib.
“Biz irəliləyərək uğur qazana bilərik. Lakin çox insan itirəcəyik. Mən bunu qəbuledilməz hesab edirəm. Ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxta ehtiyacımız var”, – deyə o, BBC-yə müsahibəsində bildirib.
“Əks-hücum üçün yaradılan bölmələr tam hazırdır, lakin Ukrayna Silahlı Qüvvələrində hələ də “bəzi şeylər” yoxdur, xüsusən də Kiyevin zirehli texnikaya ehtiyacı var”, – deyə o bildirib. Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna Silahlı Qüvvələrinin birincinin uğursuz başa çatacağı təqdirdə əks-hücum üçün ikinci cəhd edə biləcəyini istisna etməyib.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna qoşunlarının əks-hücumunu “hər şeyi həll edəcək” həlledici döyüş kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu bir həftənin, hətta bir ayın məsələsi olmayacaq və qarşıda daha dəhşətli hadisələr ola bilər.
//Samir Qurbanov,Editor.az