Volodimir Zelenski general-mayor Moskalevi vəzifəsindən azad etdibackend

Volodimir Zelenski general-mayor Moskalevi vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski general-mayor Eduard Moskalevi Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edib.

Editor.az bildirir ki, Zelenskinin 26 fevral tarixli fərmanında bununla bağlı yalnız bir sətir var: “Eduard Mixayloviç Moskalev Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Zelenski fevralın 24-dəki gündəlik videomüraciətində danışdığı hərbi rəhbərləri sadalayarkən Moskalevin də adını çəkmişdi. Moskalev bu vəzifəyə 2022-ci ilin martından, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından az sonra təyin edilib.

Ukrayna Birləşmiş Qüvvələrinin “Facebook” və ya “Twitter”dəki rəsmi səhifələrində Moskalevin işdən çıxarılması barədə heç bir söz yoxdur. Əvvəllər o, Odessa əməliyyat-strateji qoşun qruplaşmasının komandiri və “Vostok” operativ komandanlığının qoşunları komandirinin birinci müavini olub.

  /Samir Qurbanov, Editor.az