Volodimir Zelenski hakimiyyətdən gedəcəyi tarixi açıqladıbackend

Volodimir Zelenski hakimiyyətdən gedəcəyi tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenski bildirib ki, Ukrayna NATO və Avropa Birliyinə daxil olana qədər hakimiyyətini vermək niyyətində deyil. Zelenskinin sözlərinə görə, o, Ukraynanın alyansa və Aİ-yə qoşulacağı, eləcə də ona təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə postunu tərk edə biləcəyini istisna etmir.

Lakin bu baş verənə qədər siyasətçi “ölkəni müdafiə etməyi” planlaşdırır.

Yada salaq ki, Kiyev rejimi bu qərarı Ukraynada qüvvədə olan hərbi vəziyyətlə izah edərək, prezident seçkilərini ləğv edib. Ağ Ev rəhbəri Donald Trampın məlumatına görə, Zelenskinin ictimai dəstəyinin səviyyəsi indi 4%-ə düşüb. Amerika prezidenti hesab edir ki, Ukraynada seçki keçirməyin vaxtı çatıb.

Samir Qurbanov, Editor az