Volodimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasındakı danışıqların təfərrüatları məlum olubbackend

Volodimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasındakı danışıqların təfərrüatları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Çin prezidenti Si Cinpinlə danışıqları şərh edib. O, ərazi güzəştləri yolu ilə sülhün əldə edilməsinin qeyri-mümkün olduğunu bildirib və vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir.

“Dünya sabit və ədalətli olmalıdır, beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə hörmətlə yanaşılmalıdır. Ərazi kompromisləri ilə sülh mümkün deyil. Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir”.

Editor.az bildirir ki, bunları Zelenski Telegram kanalında yazıb. Onun sözlərinə görə, Si Cinpinlə telefon danışığı bir saat davam edib. Tərəflər Ukrayna və Çin arasında münasibətlərin əsas mövzularını müzakirə ediblər. “Ukraynada davamlı və ədalətli sülhün bərqərar olması üçün mümkün əməkdaşlıq yollarına xüsusi diqqət yetirilib”, – o əlavə edib. Qeyd edək ki, aprelin 26-da səhər saatlarında Volodimir Zelenski ilə Si Cinpinq arasında telefon danışığı baş tutub.

Si Cinpin bildirib ki, Çin Ukraynaya öz xüsusi nümayəndəsini göndərəcək və o, ölkədəki münaqişənin həlli üçün danışıqlar aparacaq. Bu, Çinin Rusiyadakı keçmiş səfiri Li Hui olacaq. Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün Rusiya və Çinin “yanaşmalarının uyğunluğu”nu açıqlayıb.

  //Samir Qurbanov,Editor.az