Volodimir Zelenski ilə ünsiyyət o qədər də asan deyil – ABŞ prezidenti Donald Trampbackend

Vladimir Zelenski ilə ünsiyyət o qədər də asan deyil – ABŞ prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə ünsiyyət “ asan deyil”. Bununla belə, Tramp deyir ki, o, Ukraynada atəşkəs istəyir: “Zelenski iş görmək üçün elə də asan adam deyil, lakin o Ukrayna münaqişəsinin dayandırılmasını istəyir.

Qeyd edək ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə danışdığı gün mayın 19-da Vladimir Zelenskiyə və bir sıra digər Avropa liderlərinə zəng edib. “Financial Times”ın xəbərinə görə, Avropa ölkələrinin nümayəndələri Donald Trampın Rusiya prezidenti ilə söhbətin nəticələrini necə təsvir etməsindən təəccübləniblər.

FT-nin qeyd etdiyi kimi, Amerika prezidentinin sözləri onun Rusiyaya “daha çox təzyiq göstərməyə hazır olmadığı” mənasını ifadə edib.

//Samir Qurbanov, Editor.az