Volodimir Zelenski ilə Vladimir Putin Dubayda görüşə bilərlərbackend

Volodimir Zelenski ilə Vladimir Putin Dubayda görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş təşkil etmək istədiyini açıqlayıb.

Editor.az Livanın “L’Orient-Le Jour” qəzetinə istinadən bildirir ki, görüş noyabr-dekabr aylarında Dubayda keçiriləcək BMT-nin iqlim konfransında baş tuta bilər. Bununla bağlı ABŞ prezidenti Co Bayden və Papa məlumatlandırılıb və onlar da bu təşəbbüslə razılaşıblar.

Lakin hazırda nə Putin, nə də Zelenski bu konfransda iştirakını təsdiqləməyiblər.

 //Samir Qurbanov, Editor.az