Volodimir Zelenski İsrailə gedəcəkbackend

Volodimir Zelenski İsrailə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski İsrailə səfər etməyi planlaşdırır. Editor.az bildirir ki, bu barədə “Axios” portalı hər iki ölkənin rəsmilərinə istinadən xəbər verir.

Səfər İsrail ordusu ilə Fələstin HƏMAS hərəkatı arasında döyüşlər fonunda həmrəylik əlaməti olaraq planlaşdırılır. Zelenskinin ofisi İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə rəsmi sorğu göndərib və o, səfərin əlaqələndirilməsini istəyib.

Tarix hələ məlum deyil. Volodimir Zelenski HƏMAS İsrail ərazisinə hücum etməyə başladıqdan sonra Benyamin Netanyahuya zəng edən ilk dünya liderlərindən biri olub. Daha sonra Ukrayna prezidenti dünya ictimaiyyətini İsraili dəstəkləməyə çağırıb.

Xatırladaq ki, HƏMAS-ın hərəkətlərinə cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hücum və hərbi əməliyyat elan edib. Son məlumatlara görə, indiyədək İsraildə 1,3 min nəfər ölüb, 3,7 mindən çox insan yaralanıb.Fələstin tərəfi 1,2 min nəfərin öldüyünü, 5,6 mindən çox insanın yaralandığını bildirib.

//Samir Qurbanov, Editor.az