ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında danışıqlara başlamaq təşəbbüsü uğurlu olarsa, Vladimir Zelenski Moskvaya birbaşa ərazi mübadiləsi təklif etmək niyyətindədir.
O, bu barədə Londonun “The Guardian” nəşrinə müsahibəsində bildirib. Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətindəki torpaqların müqabilində konkret hansı itirilmiş əraziləri almaq istədiyini açıqlamayıb. “Bilmirəm. Gəlin görək. “Bütün ərazilərimiz vacibdir, burada heç bir prioritet yoxdur”, – deyə “The Guardian” onun sözlərindən sitat gətirir.
Müsahibədə Vladimir Zelenski həmçinin qeyd edib ki, ABŞ Ukraynaya dəstəyi dayandırarsa, Avropanın bu istiqamətdə tək səyləri kifayət etməyəcək. “Avropanın amerikalılar olmadan təhlükəsizlik zəmanəti verə biləcəyini söyləyən səslər var. Mən həmişə deyirəm ki, bu ola bilməz. “Amerikasız təhlükəsizlik zəmanətləri real təhlükəsizlik zəmanəti deyil” – Zelenski deyib.
//Samir Qurbanov, Editor.az

