Volodimir Zelenski NATO sammitinə dəvət edilməyibbackend

Volodimir Zelenski NATO sammitinə dəvət edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildən bəri ilk dəfə NATO sammitinə dəvət edilməyib.

Editor.az bildirir ki, “Euractiv” mənbələri xəbər verir. Alyans üzvləri iyulun 24-25-də Haaqada görüşəcəklər. ANSA-nın məlumatına görə, ABŞ Ukrayna liderinin dəvətinə qarşı çıxıb. Ağ Ev Haaqa sammitinin ayrıca gündəliyində Vladimir Zelenski ilə görüşün seçilməsinə dair təklifə şübhə ilə yanaşır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynanın müzakirəyə cəlb edilməsi Rusiya-Ukrayna münaqişəsinin həllində Avropa və ABŞ arasında parçalanma problemini önə çəkə bilər. Eyni zamanda, sammitin məqsədi “ittifaq daxilində birlik nümayiş etdirməkdir”.

Lakin “Euractiv”in həmsöhbətlərindən biri bəyan edib ki, “Ukrayna bu və ya digər formada qoşulacaq”. Onun sözlərinə görə, Kiyev nümayəndə heyəti böyük ehtimalla sammitdə ictimai tədbirlərə, o cümlədən liderlər üçün qeyri-rəsmi şam yeməyinə dəvət olunacaq.

Qeyd edək ki, Vladimir Zelenski son üç ildə NATO-nun hər sammitində iştirak edib, alyansın 2022-ci ildə videobağlantı vasitəsilə Madriddəki toplantısına qatılıb, sonra 2023-cü ildə Vilnüsdə və 2024-cü ildə Vaşinqtonda şəxsən iştirak edib.

//Samir Qurbanov, Editor.az