Volodimir Zelenski Parisə gedibbackend

Volodimir Zelenski Parisə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də rəsmi səfərlə Parisə (Fransa) gəlib. Dövlət başçısını birinci xanım Olena Zelenska müşayiət edir.

Prezidentin iş qrafikinə Fransa Prezidenti Emmanuel Makronla təkbətək görüş daxildir. Onun həmçinin “Mirage 2000” və “Rafale” qırıcı təyyarələrini istehsal edən Fransa aerokosmik şirkətinin Dassault Aviation istehsal müəssisələrini ziyarət etməsi də planlaşdırılır.

Yelisey Sarayı Zelenskinin şənbə günü Parisə səfəri barədə məlumat verib. İki lider Amerikanın dəstəklədiyi “sülh planı” üzrə danışıqların davam etdirilməsi şərtlərini və İsveçrənin Cenevrə şəhərində Avropa liderləri tərəfindən hazırlanmış alternativ təklifləri müzakirə edəcəklər.

Media həmçinin prezidentin Fransada Ukrayna mövsümlərinin açılışında iştirak edəcəyini bildirib.

//Samir Qurbanov, Editor az