Volodimir Zelenski Polşada Anjey Duda ilə görüşüb: Nələr müzakirə olunub?backend

Volodimir Zelenski Polşada Anjey Duda ilə görüşüb: Nələr müzakirə olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Jeşuv şəhərində Polşa Respublikasının Prezidenti Anjey Duda ilə görüşüb və Ukraynanın hazırkı müdafiə ehtiyaclarından danışıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna dövlətinin başçısı həmkarına cəbhədəki işlərin hazırkı vəziyyəti, Ukraynanın hazırkı müdafiə ehtiyacları və Ukrayna ordusunu gücləndirmək üçün atılacaq addımlardan bəhs edib. Liderlər gələcək müdafiə sahəsində əməkdaşlığı və birgə diplomatik addımları müzakirə ediblər.

Zelenski Brüssel səfərinə toxunaraq, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara bu il başlanmasının vacibliyini qeyd edib. Ukrayna prezidentinin sözlərinə görə, bu, çətin sınaqlardan keçən Ukrayna cəmiyyəti və ordusu üçün mühüm motivasiya olar.

//Samir Qurbanov, Editor.az