Volodimir Zelenski: Rusiya indiki məqamdan istifadə edib Moldova rəhbərliyini dəyişmək istəyirbackend

Volodimir Zelenski: Rusiya indiki məqamdan istifadə edib Moldova rəhbərliyini dəyişmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Dnestryanı ilə bağlı vəziyyətin həllində Moldovaya hər zaman kömək etməyə hazır olacaq. Xüsusilə, Rusiya Federasiyası bu ərazidən başqa bir cəbhə açmaq üçün istifadə edərsə.

Editor.az xəbər verir ki, bunu “Die Welt” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib. O xatırladıb ki, Ukrayna bu yaxınlarda Kremlin planları barədə Moldovaya məlumat verib: “Bizim kəşfiyyat xidmətimizdən məlumat aldıq ki, Rusiya bu məqamdan istifadə edib Moldova rəhbərliyini dəyişmək istəyir.

Biz bu məlumatı prezident Sanduya çatdırdıq”, – Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, ruslar bunu çoxdan planlaşdırıblar. Lakin maneə Moldova və Rusiya Federasiyasının ümumi sərhədinin olmaması idi. Bu baxımdan onlar yalnız Kişinyov hava limanı vasitəsilə öz hərbçilərini köçürə biliblər: “Ona görə də onlar bu hava limanından və Dnestryanının bütün resurslarından istifadə etməlidirlər.

Maya Sandu heç vaxt məndən kömək istəməyib, lakin məlumat üçün təşəkkür edib. O, vəziyyətimizi çox yaxşı bilir. Lakin Ukrayna Moldovaya hər zaman kömək etməyə hazır olacaq”, – deyə prezident yekunlaşdırıb.

//Samir Qurbanov,Editor.az