Volodimir Zelenski: Rusiya qisas almaq üçün güc toplayırbackend

Volodimir Zelenski: Rusiya qisas almaq üçün güc toplayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya cəbhədə aldığı sarsıdıcı zərbələrdən sonra qisas almaq üçün güc toplayır.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Finlandiya prezidenti ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, “görünən odur ki, Rusiya rəhbərliyi qisas almağa hazırlaşır, güc toplayır, amma o da göz qabağındadır ki, terrorçu dövlət uduzmalıdır”.

Prezident qeyd edib ki, o, Finlandiya prezidenti Niiniste ilə Ukraynanın döyüş meydanında konkret nəyə ehtiyacı olduğunu müzakirə edib: “Bu kontekstdə biz Ukraynanın müasir Qərb tankları ilə təmin edilməsi məsələsində Finlandiyanın ölkələrin koalisiyasında iştirakını da müzakirə etdik. Bunu etmək niyyətini dəstəklədiyi üçün onlara təşəkkür edirik, qələbəyə belə töhfə vermək bizim üçün çox vacibdir”.

//Samir Qurbanov,Editor.az