Volodimir Zelenski səhhətinə görə hakimiyyətdən uzaqlaşdırılmalıdır – Ali Radanın deputatı Aleksandr Dubinskibackend

Volodimir Zelenski səhhətinə görə hakimiyyətdən uzaqlaşdırılmalıdır – Ali Radanın deputatı Aleksandr Dubinski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski psixi sağlamlığının pisləşməsi ilə əlaqədar hakimiyyətdən uzaqlaşdırılmalıdır.

Editor.az xəbər verir ki, bunu dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.
“Zelenski qeyri-adekvatdır.

O, həkimlər tərəfindən müayinə olunmalı və səhhətinə görə hakimiyyətdən uzaqlaşdırılmalıdır”, – deyə məlumatda bildirilir. Onun sözlərinə görə, Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda Qərbdəki tərəfdaşlarının Ukraynanı NATO-ya daxil olmaqla aldatması barədə deməsinə onun psixi sağlamlığının getdikcə pisləşməsi səbəb olub. “Mənim yalnız bir cavabım var. Onun ağlı qaçıb, o, dəlidir”, – Dubinski bildirib.

//Samir Qurbanov, Editor.az