Volodimir Zelenski: Səmada hökmranlıq etməsi üçün bizə təxminən 160 ən son döyüş təyyarəsi lazımdırbackend

Volodimir Zelenski: Səmada hökmranlıq etməsi üçün bizə təxminən 160 ən son döyüş təyyarəsi lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın güclü hava qüvvələrinə malik olması və səmada hökmranlıq etməsi üçün təxminən 160 ən son döyüş təyyarəsinə ehtiyacı var.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski RTP-yə müsahibəsində deyib. Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində istifadəyə verilməsi vəd edilən 50-60 döyüş təyyarəsinə daha 100 qırıcı əlavə edilməlidir.

“Ümumilikdə, Rusiyaya hava məkanında hökmranlıq etmək imkanı verməyəcək güclü Hərbi Hava Qüvvələrinə sahib olmaq üçün bizə təxminən 160 qırıcı lazımdır”, – deyə Zelenski izah edib. Ukrayna liderinin sözlərinə görə, qırıcıların təhvil verilməsi məsələsi kifayət qədər mürəkkəbdir, çünki bu, pilotların və mühəndislərin hazırlığını, eləcə də böyük həcmdə ixtisaslaşmış texniki xidmət tələb edir.

  //Samir Qurbanov, Editor.az