Volodimir Zelenski Silvio Berluskoniyə araq göndərəcək: Eşitdiyimə görə, o, arağı xoşlayırbackend

Volodimir Zelenski Silvio Berluskoniyə araq göndərəcək: Eşitdiyimə görə, o, arağı xoşlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Volodimir Zelenski İtaliyanın “Forza Italia” partiyasının lideri Silvio Berluskoninin açıqlamalarına zarafatla cavab verib.
Editor.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib. “Berluskoninin açıqlamalarını eşitmişəm. Onu şəxsən tanımıram. Amma düşünürəm ki, bəlkə ona nəsə göndərək. O, arağı xoşlayır? Ukraynada çox yaxşı keyfiyyətli araqlar var, istəsə, ona göndərərik”, – Zelenski deyib. Prezident təkcə araq haqqında danışmayıb.
Corciya Meloni hakimiyyətə gəldikdən sonra Berluskoninin “Putin mənə 20 şüşə araq və çox gözəl məktub göndərdi. Mən də “Lambrusko” butulkaları və eyni dərəcədə gözəl məktubla ona cavab verdim. Onlar da məni ölkəsinin beş həqiqi dostundan biri elan etdilər”. Zelenski vurğulayıb ki, Ukrayna Kremlin intensiv dezinformasiya kampaniyasına baxmayaraq, böyük səylə əldə etdiyi ölkələrin, o cümlədən İtaliyanın dəstəyini itirməməsi çox vacibdir. “Hesab edirəm ki, zəifliyimizin bir hissəsi Rusiya təbliğatının işi ilə bağlıdır.
Ona görə də mən şəxsən işğalın ilk günündən faktların həqiqi versiyasını təqdim etmək üçün fasiləsiz rabitə sistemi yaratdım. Rusiya Krımı işğal edəndən və Donbassa tankların gəlişindən əvvəl saxta xəbər kampaniyasının gəldiyini gördük. İnanırıq ki, İtaliyanın dəstəyi digər ölkələrin dəstəyini təmin etmək üçün son dərəcə vacibdir və bu, İtaliyanın aparıcı rol oynadığı Avropa birliyinə də aiddir. Bununla belə, mən əminəm: Giorgiya öz hökumətini birləşdirə bilən güclü qadındır”, – Zelenski deyib.
  
  //Samir Qurbanov, Editor.az
Просмотрено Tahir Şahbazov в Воскресенье 21:43
Ввод
Написать в Tahir Şahbazov