Volodimir Zelenski Türkiyə səfirliyinə getdibackend

Volodimir Zelenski Türkiyə səfirliyinə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Fevralın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Respublikasının Ukraynadakı səfirliyinə gələrək Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edib.

Editor.az bildirir ki, bu barədə dövlət başçısının rəsmi saytı xəbər yayıb. Zelenski xatirə kitabına yazı yazıb və səfirliyin ərazisinə gül dəstələri qoyub. Ukrayna dövlətinin başçısı Türkiyə Respublikasının Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə ilə də söhbət edib: “Şəxsən məndən və Ukrayna xalqı adından səmimi başsağlığımızı qəbul edin.

Bir göz qırpımında çoxlu insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə rezonans doğurdu. Bu çətin vaxt. biz türk xalqının ağrısını paylaşırıq və kömək edirik. Ölənlərə əbədi xatirə. Yaralılara tezliklə şəfa” – Zelenski yazıb.

  //Samir Qurbanov, Editor.az