Volodimir Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən qovdubackend

Volodimir Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk vəzifəsindən azad edilib.

Əvvəllər Mərkəzin hava komandanlığına rəhbərlik edən general-leytenant Anatoli Krivonojko müvəqqəti olaraq bu vəzifəyə təyin olunub. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı dəyişikliyi döyüş tapşırığı zamanı Ukraynaya təhvil verilən ilk F-16 qırıcısının itirilməsindən dörd gün sonra baş verib. İstefa haqqında fərmanı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

Sənəd avqustun 30-na aiddir. İstefanın səbəbi açıqlanmır. Komandirin səlahiyyətlərini müvəqqəti icra edənin təyinatını Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski irəli sürüb.

Qeyd edək ki, F-16 təyyarəsi avqustun 26-da raket hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb. “Financial Times”ın məlumatına görə, səbəblər nəzərdən keçirilir: pilot səhvi və ya Ukrayna hava hücumundan müdafiə sistemlərindən raket atəşi. Ali Radanın deputatı Maryana Bezuqlaya bu gün, avqustun 30-da bildirib ki, F-16 bölmələr arasında uyğunsuzluq səbəbindən “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub.

F-16-nın itirilməsi xəbərləri ilə təxminən eyni vaxtda ABŞ-da F-!6-ı idarə etmək üçün təlim keçən Ukrayna Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı komandanının müavini, polkovnik-leytenant Aleksey Mesin ölümü ilə bağlı nekroloq dərc edilib.

//Samir Qurbanov, Editor.az