Volodimir Zelenski Ukraynanın müharibədəki itkilərini açıqladı: Rusiyanın itkilərindən 5 dəfə azdırbackend

Volodimir Zelenski Ukraynanın müharibədəki itkilərini açıqladı: Rusiyanın itkilərindən 5 dəfə azdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hər öldürülən ukraynalı hərbçiyə görə cəbhə xəttində 5 əsgər itirir.

Editor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də yayımlanan “Fox News”a müsahibəsində deyib.

Ukrayna prezidenti Ukrayna ordusunun nə qədər itki verdiyini dəqiq açıqlamasa da, itkilərin on minlərlə nəfərə çatdığını qeyd edib. “Ölən əsgərlərin sayını müqayisə etsək, deyərdim ki, bu nisbət 1:5 təşkil edir. Döyüşdə həlak olan hər bir Ukrayna əsgərinə 5 rus əsgəri düşür. Bunlar təxmini statistikadır”, – Zelenski deyib. Prezident qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, ruslar artıq 400 mindən çox əsgər itirib.

//Samir Qurbanov, Editor.az