Ankaraya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların bir neçə saat davam edəcəyini bildirib.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
V.Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə təmsil olunur.
O, həmçinin Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin səviyyəsini “saxta” adlandırıb.
“Görək, onların qərar qəbul etmək mandatı varmı?” – deyə o bildirib.
Volodimir Zelenski təsdiqləyib ki, Ukraynanın Rusiya ilə danışıqlarda iştirakı ilə bağlı qərarı Ərdoğanla görüşdən sonra açıqlayacaq.