Volodimir Zelenski Ukraynanın yeni əks-hücumunun anonsunu verdibackend

Volodimir Zelenski Ukraynanın yeni əks-hücumunun anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Ukrayna nəinki özünü müdafiə edəcək, həm də yeni əks-hücuma hazırlaşacaq.

Editor.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“FoxNews”a müsahibəsində o, Rusiya kimi böyük bir ölkə ilə müharibədə müdafiənin də çətin olduğunu bildirib. Prezident əlavə edib ki, bu, indi bir nömrəli vəzifədir. Zelenski 2023 yay kampaniyasına da münasibət bildirib.

O, sürətli hərəkətin hərbi qulluqçuların itkisinə səbəb ola biləcəyini və müdafiəçilərin həyatı haqqında düşünmək lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Ukrayna üçün qəbuledilməzdir, çünki hər şey itirilə bilər. Eyni zamanda, Ukrayna lideri Qara dənizdə işğalçılar üçün yeni sürprizlər açıqlayıb. “Cənub vacibdir. Onların 200 mindən çox əsgərinin olduğu şərqin müdafiəsi də çox vacibdir… Və təbii ki, biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq. Təbii ki, mənn demirəm ki, biz sadəcə dayanacağıq. Bu, çox şeydən asılıdır”, – deyə Zelenski bildirib.

Dövlət başçısı əlavə edib ki, indi döyüş meydanında vəziyyət ədalətli deyil, çünki tərəflərin qüvvələri qeyri-bərabərdir. Ukraynanın silahlara, xüsusən “Patriot” sistemlərinə, 300 km-lik uzaq mənzilli sistemlərə və digər növlərə ehtiyacı var.

//Samir Qurbanov, Editor.az