Volodimir Zelenski və onun ailəsinin 2021 və 2022-ci illər üçün qazancı məlub olubbackend

Volodimir Zelenski və onun ailəsinin 2021 və 2022-ci illər üçün qazancı məlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski 2021 və 2022-ci illər üçün əmlak, gəlir, xərc və maliyyə öhdəlikləri haqqında bəyannamə dərc edib. 2022-ci ildə onun ailəsi 3,7 milyon qrivna (98 min dollar) qazanıb. Bu, 2021-ci illə müqayisədə üç dəfə azdır.

Editor.az bildirir ki, 2021-ci ildə cənab Zelenski 10,8 milyon qrivna alıb ki, bu da 2020-ci ildəkindən 11,9 milyon azdır. Gəlir 5,4 milyon qrivna daxili dövlət borc istiqrazlarının satışından əldə edilib.

Gəlir əsasən əmək haqqı, bank faizləri və daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlərdən ibarət olub. 2022-ci ildə prezident ailəsinin gəlirləri “Ukrayna ərazisində icarə müqavilələrinin müvəqqəti dayandırılması” səbəbindən azalıb ki, bu da Rusiya qoşunlarının ölkəyə yeridilməsi ilə izah olunur. İlin sonunda nağd pul qalığı təxminən 1,8 milyon azalıb.

//Samir Qurbanov, Editor.az