Volodimir Zelenski videokonfrans vasitəsilə ABŞ senatorlarına müraciət edəcəkbackend

Volodimir Zelenski videokonfrans vasitəsilə ABŞ senatorlarına müraciət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı qapalı brifinqdə təhlükəsiz videokonfrans vasitəsilə ABŞ senatorlarına müraciət edəcək.

Editor.az bildirir ki, bu barədə “The Hill” Senat çoxluğunun lideri Çak Şumerə (R-NY) istinadən məlumat yayıb.

Nəşrə görə, Zelenski Ukraynadakı müharibə vəziyyəti və başqa bir hərbi yardım paketinə ehtiyac barədə senatorlara 106 milyard dollar təcili xarici yardım göstərmək üçün qanunverici mexanizmə keçməklə əlaqədar planlaşdırılan səsvermədən bir gün əvvəl məlumat verəcək, hansı ki, orada Ukrayna üçün 61 milyard dollardan çox vəsait nəzərdə tutulub.

“Administrasiya prezident Zelenskini sabahkı qapalı brifinqimiz çərçivəsində senatorlara müraciət etməyə dəvət edib və hər şeyi birbaşa onun özündən eşitmək istəyirik. Bütün senatorlardan bu mühüm brifinqdə iştirak etməyi xahiş edirəm”, – deyə mənbə yazır.

//Samir Qurbanov, Editor.az