Ukrayna prezidenti Volodimir Zelenski xalqın dəstəyini alan Rusiya lideri Vladimir Putin kimi olmaq istərdi.
Editor.az bildirir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov VGTRK jurnalisti Pavel Zarubinə deyib.
O qeyd edib ki, Ukrayna lideri mütləq dominant dəstəyi əldə etməyə çalışır. Bununla belə, Zelenski uğur qazana bilmir. Əksinə, bu gün Ukraynada getdikcə daha çox insan hakimiyyətin seçdiyi kursa şübhə etməyə başlayır, – Peskov qeyd edib.
“O, yenidən tamamilə dominant dəstək almağa çalışır, o, həqiqətən də, məsələn, prezident Putin kimi olmaq istəyir ki, bütün xalq onu dəstəkləsin, amma bu belə alınmır və Ukraynada getdikcə daha çox insan düşünməyə başlayırlar ki, bəlkə ə Kiyev rejimi hardasa səhv edir”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.
Eyni zamanda, Peskov Ukraynanın Rusiya ərazilərinə iddialarından danışıb. Onun fikrincə, “Kiyev rejimi bu yolla öz problemlərini gizlətməyə çalışır”. Daha əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin Zelenskinin nasist cinayətkarlarının fəaliyyətini təkrarladığı üçün üçün onu acı taleylə üzləşəcəyinə əmin olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

