Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya qoşunları 1991-ci il sərhədlərinə geri çəkiləcəyi təqdirdə hərbi münaqişənin diplomatik həllinə qayıtmaq mümkündür.
Editor.az xəbər verir ki, bu barədə o, “The Economist”ə müsahibəsində deyib. Zelenskinin sözlərinə görə, Ukrayna üçün “Rusiyanın yalnız bu il zəbt etdiyi əraziləri deyil, Krımı, eləcə də Donbasın bəzi hissələrini qaytarması vacibdir”. O qeyd edib ki, Rusiya qoşunlarının çıxarılmasına yalnız Vladimir Putin qərar verə bilər.
“Əgər o (Rusiya Federasiyasının prezidenti) 1991-ci ilin sərhədlərinə çəkilsə, o zaman mümkün diplomatiya yolu başlayacaq. Müharibəni hərbi yoldan diplomatik yola çevirə bilən məhz budur. Bunu yalnız o edə bilər”, – Ukrayna prezidenti vurğulayıb. Xatırladaq ki, Zelenski dəfələrlə bildirib ki, Ukrayna heç vaxt Krımı Rusiyanın bir hissəsi kimi tanımayacaq və sentyabrın 30-dan Rusiyanın tərkibinə daxil olan qomdarma “DNR” və “LNR”-in muxtariyyəti ilə razılaşmayacaq.
İyun ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, Kiyev Moskva ilə “24 fevraldan əvvəlki” dövlət sərhədlərinə qayıtmağı müzakirə etməyə hazırdır.
//Samir Qurbanov, Editor.az

