Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın başlatdığı müharibənin son mərhələdə olduğunu və bunun “ən çətin” mərhələ olduğunu bildirib.
Editor.az bildirir ki, bu barədə o, “Digi24”ə müsahibəsində deyib. “Bu, müharibənin son və ən çətin hissəsindəyik”, – Zelenski vurğulayıb.
Lakin müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualı cavablandıran dövlət başçısı qeyd edib ki, yəqin ki, indi heç kim dəqiq tarix deyə bilməz.
Eyni zamanda, qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri Ukrayna ərazilərini azad edən əks-hücum əməliyyatını davam etdirir: “Mən bilirəm ki, biz əks hücuma keçirik. Rusiya ərazilərimizi tərk edəcək. Bunun nə vaxt olacağını bilirəm, amma sizə deyə bilmərəm”, – Ukrayna prezidenti deyib.
//Samir Qurbanov, Editor.az

