Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri üçüncü dünya müharibəsinin xəbərçisidir.
Editor.az bildirir ki, bunu Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo deyib: “Üçüncü Dünya Müharibəsi üçün böyük ittifaq! Biri öz mafiyasının şöhrəti və əməlləri uğrunda mübarizə aparır, digəri dolların hegemonluğunu qorumaq üçün Avropa ölkələrini məhv etmək istəyir”, – deyə siyasətçi öz “Twitter” səhifəsində yazıb.
Filippo “bu saxtakarlığı və bu dəliləri ifşa etməyə” və azad ölkədə sülh axtarmağa çağırıb. Xatırladaq ki, çərşənbə günü – dekabrın 21-də Zelenski ABŞ-a səfəri zamanı demişdi ki, Kiyev daha çox “Patriot” sistemləri almaq istəyir. Amerika lideri Co Bayden həmkarının Kiyevin əlavə “Patriot” sistemləri üçün müraciət etmə ehtimalı ilə bağlı sözlərinə cavab olaraq bildirib ki, Vaşinqton bunun üzərində işləyir.
//Samir Qurbanov, Editor.az

