Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistan və Azərbaycana əvvəllər planlaşdırılan səfəri baş tutmayacaq.
Editor.az bildirir ki, bu barədə “Radar Ermənistan” xəbər verir. “Ukrayna prezidenti Volodimir Zelenski, ilkin şayiələrin əksinə olaraq, Bakı səfərinin ləğvi ilə əlaqədar nə Ermənistana, nə də Azərbaycana gəlməyəcək”, – deyə məlumatda bildirilir.
Lakin mesajda səfərin ləğv edilməsinin səbəbləri göstərilmir.
//Samir Qurbanov, Editor.az

