Martın 30-da Ukrayna prezidenti Volodimir Zelenskinin Avstriya telekanallarında canlı yayımlanan çıxışı başlayan kimi müxalifətdə olan sağçı millətçi Avstriya Azadlıq Partiyasının (FPÖ) nümayəndələri parlament zalını tərk ediblər.
Editor.az-ın məlumatına görə, eyni zamanda bu gün səhər saatlarında Zelenskinin çıxışının əleyhdarları Vyanada parlament binası qarşısında mitinq keçirərək, ölkələrinin neytrallığını və Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həllini tələb ediblər.
//Samir Qurbanov,Editor.az