ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının bir qrup üzvü Ukrayna prezidenti Vladimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərinin araşdırılmasını tələb edir.
“The Washington Examiner” yazır ki, konqresmenlər onun “siyasi motivli” ola biləcəyinə inanırlar.
Onlar Vladimir Zelenskinin Demokratik Partiyanın yüksək vəzifəli rəsmilərinin müşayiət etdiyi səfərin məqsədinin Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisi dəstəkləmək olduğuna dair şübhələrini ifadə ediblər. Qanunvericilər Vladimir Zelenskinin Respublikaçı Donald Tramp və onun vitse-prezidentliyə namizədi J.D.Vansın “qlobal münaqişəyə” səbəb ola biləcəyini söyləyən sözlərini xatırladıblar.“Bu hərəkətlər ekspertlər arasında səfərin mümkün siyasi motivləri ilə bağlı ciddi narahatlıq yaradıb.
Bu, ABŞ qanunlarına zidd ola bilər”, – konqresmenlər konsorsiumu bildirib. Onlar bildiriblər ki, hökumət rəsmilərinə seçki namizədlərinə dəstək ifadə etməyi qadağan edən Hetç Aktını pozmaq riski var. Respublikaçı senator Erik Şmitt deyib ki, Zelenski “demokratlar adından açıq şəkildə kampaniya aparır”.
//Samir Qurbanov, Editor.az