Volodimir Zelenskinin taleyi artıq müəyyən edilib – Kremlin mətbuat katibi Dmitri Peskovbackend

Volodimir Zelenskinin taleyi artıq müəyyən edilib – Kremlin mətbuat katibi Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin taleyinin “əvvəlcədən müəyyən edildiyini” və Ukrayna hərbçiləri arasında çaxnaşmanın getdikcə artdığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə Peskov “Moskva Putin” proqramına müsahibəsində deyib.: “Mənə elə gəlir ki, Zelenskinin taleyi açıq şəkildə müəyyən edilib və çoxları, o cümlədən Ukraynada onun legitimliyinə hər halda, hətta hüquqi baxımdan da şübhə edəcək an gələcək.

Bizim üçün əsas odur ki, biz xüsusi hərbi əməliyyatı (Ukraynaya qarşı müharibəni – red.) davam etdirməliyik, özümüzü qorumalıyıq və qarşıya qoyulan vəzifələri yerinə yetirməliyik”, Peskov bildirib. Kreml nümayəndəsi əmin edir ki, “cəbhədə Ukrayna tərəfində çaxnaşma artır” və guya onun “birinci əldən məlumat” var.

//Samir Qurbanov, Editor.az