Volodimir Zelenskiy rusları “əclaf” adlandırdıbackend

Volodimir Zelenskiy rusları “əclaf” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski, tərəfdaşlar tərəfindən Ukraynaya verilən silah alveri ilə bağlı Rusiya Federasiyasından feyk xəbərlərə münasibət bildirərkən, ukraynalıların ruslar kimi “əclaf” olmadığını vurğulayıb.

Editor.az xəbər verir ki, bu barədə dövlət başçısı Afrika mediasının nümayəndələri ilə onlayn görüş zamanı bildirib. Onun fikrincə, bu saxta məlumatların yayılması Ukraynaya silah tədarükünün qarşısını almaq məqsədi daşıyır. “Dəmir yolu infrastrukturumuzu, körpülərimizi dağıtdılar, sonra bizim üçün dənizi bağladılar, amma anladılar ki, ordumuzun gücünü artıracağıq… Sonra da saxtakarlıqlarından birini yaymağa başladılar ki, guya biz bu silahları satırıq… Biz onlar kimi əclaf deyilik. Biz insan alveri etmirik, silah alver etmirik, ləyaqətimiz və ölkəmizlə alver etmirik. Bizim ordumuzla onların ordusu arasında fərq budur”, – deyə Zelenski bildirib. Ukrayna prezidentinin sözlərinə görə, tədarük edilən silahlarla bağlı bütün məlumatlar onu verən ölkələr üçün açıqdır.

  Editor.az