Volodimir Zelenzki SNN-in müxbirinə: Bağışlayın. Biz uşaq deyilikbackend

Volodimir Zelenzki SNN-in müxbirinə: Bağışlayın. Biz uşaq deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə verdiyi müsahibədə bildirib ki, Ukrayna üçün sülh müqaviləsinin əsas şərti təhlükəsizlik zəmanətləridir. “Biz bunun dünən bitməsini istəyirdik.

Biz istəyirdik ki, Putin dünən bu müharibəni dayandırsın. Və onu necə dayandırmaq barədə danışanda, ilk növbədə Ukraynaya təhlükəsizlik zəmanətləri verməliyik”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Kiyev, Vaşinqton və Moskva arasında danışıqlar nəticəsində “demək olar ki, hər şey artıq kağız üzərindədir”, lakin hələlik Amerika tərəfindən imzalanmayıb. Prezident hesab edir ki, Ağ Ev təhlükəsizlik zəmanətlərini yalnız Ukrayna sülhə razı olduqdan sonra təmin etmək istəyir, lakin bu, bizi yeni təcavüzdən qorunmur. “Ukraynalılar üçün, şəxsən mənim üçün hələ də aydın deyil: Rusiya bizə qarşı yenidən təcavüzə başlasa nə olacaq?… Putin geri dönərsə, tərəfdaşlarımız nə etməyə hazır olacaqlar? Düşünürəm ki, ukraynalılar bunu eşitmək istəyirlər. Sadəcə eşitmək. Üzr istəyirəm – bu, təzyiq deyil, sadəcə anlamaq istəyidir”, – deyə Zelenski qeyd edib.

O, Kiyevin mütləq güzəştə getməyə hazır olduğunu təsdiqləyib – cəbhə xəttini dondurmaqla yanaşı, işğal olunmamış əraziləri də güzəştə getməmək. “Bu, bizim üçün çox yaxşı mövqe deyil, amma buna baxmayaraq, müdafiə xətlərimiz, istehkamlarımız var. Amma ruslar və ya ruslarla dialoqda olan tərəfdaşlarımız sadəcə ordumuzu istehkam mövqelərimizdən geri çəkmək istəyirlərsə, biz buna razı ola bilmərik. Bağışlayın. Biz uşaq deyilik”, – deyə o, yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az