“Volsburq” baş məşqçisi ilə yollarını ayırırbackend

“Volsburq” baş məşqçisi ilə yollarını ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında mübarizə aparan “Volsburq” klubu baş məşqçi Florian Kofeltlə yollarını ayırdığını açıqlayıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, klubdan verilən açıqlamaya görə, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Florian Kofelt kluba 2021-ci ildə Almaniyanın digər klubu olan “Verder Bremen”dən gəlmişdi. Kofeltin rəhbərliyi altında klub cəmi 42 xal yığaraq 12 yerlə kifayətlənmişdi. Bu isə klub rəhbərliyini qane etmirdi.

//Nəzərbəy, Editor.az