“VOMA Azərbaycan və Türkiyə ilə savaşmağa hazırlaşır”backend

“VOMA Azərbaycan və Türkiyə ilə savaşmağa hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İYİ Partiyasının başkanı Meral Akşener Qərbi Zəngəzurda yeni terror ocağından danışıb.  İYİ Partiyasının parlament fraksiyasında çıxışında o, Türkiyəni bu terror təşkilatına qarşı gecikmədən önləyici tədbirlər götürməyə çağırıb. Çünki ASALA ideologiyasına (türk düşmənçiliyi) söykənən yeni terrorçu erməni təşkilatı VOMA Qərbi Zəngəzurda təlimlər keçirir. VOMA Azərbaycanla və Türkiyəylə asimmetrik savaş aparmağa hazırlıqlar görür. Terrorçu təşkilata gənclər və hətta azyaşlılar cəlb olunurlar. Onlara terror təlimləri ilə yanaşı, anti-türk faşist ideologiyası aşılanır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı social şəbəkədə yazıb.

Rəşid Hacılı bildirib ki, indiki dönəmdə terrorçu təşkilat Qərbi Zəngəzurdan keçəcək nəqliyyat dəhlizini əngəlləməyi planlayır:

“Meral Akşenerin dediyinə görə, yeni erməni terror təşkilatı VOMA PKK ilə sıx əməkdaşlıq etməkdədir. İranın da VOMA ilə işbirliyini istisna etmək olmaz. VOMA-nı əvvəllər erməni işğalçı korpusu tərkibində Qarabağda döyüşmüş, SSRİ QRU (Hərbi kəşfiyyat baş idarəsi) xüsusi təyinatlılarında işləmiş Vova Vartanov soyadlı idmançı yaradıb. Göründüyü kimi, VOMA böyüyüb, başqa terrorçu təşkilatlarla işbirliyi qurub. Zəngəzurda türk əhalinin qırılması, etnik təmizlənməsini həyata keçirmiş Andronik, sonra Qaregin Njdenin ideologiyası ilə silahlanıb. Artıq Zəngəzurda terror bazası qurublar”.