Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldıbackend

Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

Bu barədə Rusiyanın “Telegram” kanallarında məlumat yayılıb.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseyev bazarının ortaq sahibidir.