Voronejdə partlayışlar seriyası baş verib, şəhərdə fövqəladə vəziyyət elan edilibbackend

Voronejdə partlayışlar seriyası baş verib, şəhərdə fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Rusiyanın Voronej şəhərində güclü partlayış səsləri eşidilib.

Saat 04:15-də sosial şəbəkə yazır ki, Voronejdə yeni partlayışlar eşidilir, şəhərdə fövqəladə vəziyyət elan edilib. Saat 01:20 radələrində yerli Teleqram kanalları Şilovo mikrorayonunda, şəhərin mərkəzində və Kominternovski rayonunda partlayış səslərinin eşidildiyini bildiriblər.

Aeroport yaxınlığındakı partlayışdan da yazıblar, lakin sonradan bu mesaj silinib. Ümumilikdə şəhərdə ən azı 15 partlayış səsi eşidilib. Yerli sakinlər deyirlər ki, onlar küçələrdə pilotsuz uçuş aparatlarının qalıqlarını tapırlar.

Partlayış dalğası nəticəsində bəzi evlərin pəncərələri uçub. İnternetdə çoxmərtəbəli binada baş verən yanğının fotoları yayımlanıb, ruslar bunun PUA-dan dağıntıların düşməsi nəticəsində baş verdiyini deyirlər. Daha sonra Fövqəladə Hallar Nazirliyi 5 kv.m sahədə yanğın barədə məlumat verib.

SHOT Telegram kanalı yazır ki, PUA-nın hədəflərindən biri bu evdən çox da uzaqda yerləşməyən “Baltimor” hərbi aerodromu ola bilər. Aerodromda Qərb Hərbi Dairəsinin 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun 105-ci qarışıq aviasiya diviziyasının 47-ci qvardiya bombardmançı aviasiya alayı (Su-34 təyyarəsi) var. O, Rusiya Aerokosmik Qüvvələri tərəfindən Ukrayna ərazisinə hava zərbələri endirmək üçün istifadə olunur.

//Samir Qurbanov, Editor.az