VTB Bankın filialına silahlı hücum olubbackend

VTB Bankın filialına silahlı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal xəbərlər saytı olan “shamshyan.com”un məlumatına görə, bu gün İrəvandakı VTB Bank filialına silahlı hücum baş verib.

“Sputnik Armenia” xəbər verir ki, silahlı şəxs əlində “Pulunu verməsən, 20 saniyəyə hamısını partladacağam” yazısı olan lövhə ilə Şinararner (Stroiteley) küçəsi 25 ünvanında yerləşən bank filialına soxulub.

Qorxuya düşən bank işçiləri soyğunçuya kassadakı bütün nağd pulu – 1 milyon dramdan (təxminən 2600 dollar) – veriblər və o, qaçıb.

Bank işçiləri tərəfindən xəbərdar edildikdən sonra hadisə yerinə polis çağırılıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları artıq soyğunçunu tapa bilməyiblər; hazırda onu axtarırlar. Soyğunçunun daşıdığı silah barədə məlumat verilməyib.

//Samir Qurbanov, Editor.az