Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynadakı silahlı münaqişənin daha 10 il davam edəcəyini və Koreya ssenarisi üzrə hazırkı cəbhə xəttində bitəcəyini bildirib.
Editor.az xəbər verir ki, o, bu barədə “TV İnformer”ə müsahibəsində bildirib. “Koreya ssenarisində əldə edilən sərhədlərə görə, sülh nəhayət gələcək”, – Vuçiç bildirib.
Bundan əvvəl Vuçiç Praqada keçirilən GLOBSEC 2024 Qlobal Təhlükəsizlik Forumunda Serbiyanın Avropa Birliyinə daxil olduqdan sonra Rusiyanın Aİ-dəki maraqlarını dəstəkləməyəcəyini bildirmişdi. O qeyd edib ki, Serbiya dəfələrlə Aİ-də “rus troya atı” ola biləcəyi ilə bağlı iddiaları eşidib. Vuçiç əmin edib ki, o, Rusiya ilə yaxşı münasibətlər saxlamaq niyyətində olsa da, Rusiyanın Avropa İttifaqında maraqlarını dəstəkləməyi planlaşdırmır. Vuçiç Rusiya prezidenti Vladimir Putinlə münasibəti barədə suala cavabında bildirib ki, iki il yarımdır ki, onunla əlaqə saxlamayıb.
//Gülnarə Abasova, Editor.az