Vuçiç: Serbiya Rusiya ilə dostluq münasibətlərini qorumağa çalışacaqbackend

Vuçiç: Serbiya Rusiya ilə dostluq münasibətlərini qorumağa çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç prezident seçkilərində qələbə qazandığını elan etdikdən sonra ölkəsinin Rusiya ilə ikitərəfli dostluq münasibətlərini qorumağa çalışacağını bildirib.

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, partiyasının qərargahında etdiyi çıxışda Aleksandr Vuçiç Belqradın Rusiya ilə münasibətlərdə bitərəf olduğunu vurğulayıb:

“Söz verə bilərəm ki, Dostoyevskini məktəblərdə, Çaykovskini operada unutmayacağıq. Rusiya ilə tərəfdaşlıq və dostluq münasibətlərini qorumağa çalışacağıq”.

Serbiyanın Avropa yolunda olmasına və bölgədə yaxşı münasibətlərə malik olmasına baxmayaraq  ənənəvi dostluq əlaqələrini itirməməsinin vacibliyini vurğulayan Vuçiç Ukrayna böhranının seçki nəticələrinə də təsirinin böyük olduğunu  deyib.

//Gülnarə Abasova, Editor.az