Sakit okeanın ada ölkəsi Papua-Yeni Qvineyada yerləşən Ulavun vulkanında partlayışın baş verdiyi bildirilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Papua Yeni Qvineyada Ulawun vulkanında baş verən partlayışdan sonra vulkanik tüstünün 15 min metr yüksəkliyə çatdığının təxmin edildiyi bildirilib.
Açıqlamada partlayışın sunami dalğalarının Yaponiya sahillərinə çatmasına səbəb ola biləcəyi ehtimalının nəzərə alındığı qeyd edilib. Eyni zamanda, dəniz səviyyəsində heç bir anormal yüksəliş aşkar edilmədiyi, sahil zolağında yaşayanların xəbərdarlıqlara həssas yanaşmaları istənilib.
Açıqlamada mümkün sunami dalğalarının əvvəlcə paytaxt Tokionun cənub bölgəsi yaxınlığındakı İzu arxipelaqına çata biləcəyi də qeyd olunub.
//Səbinə Hüseynli, Editor.az