Vüqar Səfərlinin ərəbləri kölgədə qoyan cinayət əməlləribackend

Vüqar Səfərlinin ərəbləri kölgədə qoyan cinayət əməlləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə həbs olunan sabiq icraçı direktoru Vüqar Səfərlinin qanunsuz əməlləri barədə növbəti malumat yayılıb. Salyan rayonu Kürsəngi kənd sakinlərinin Busaat.az-a verdiyi məlumata görə, KİVDF-nin həbsdə olan sabiq icraçı direktoru vəzifədə olduğu müddətdə Şirvan Dövlət Təbiət Qoruğunda qeyri-qanuni ovçuluqla məşğul olub.

Ov hobbisi olan Səfərli bu qanunsuz əməlinə Salyan rayonun Kürsəngi kəndində fermer təsərrüfatları olan, həmçinin, millət vəkili Fəzail Ağamalının parlament seçkilərində vəkili olmuş Qulu Novruzovla birlikdə imza atıb. Sözügdən ərazilər Şirvan Dövlət Təbiət Qoruğunun ərazisi olduğu və ov edilməsi qanunsuz olduğu halda, Səfərli tez-tez həmin ərazilərə ova gedir və qeyri-qanuni ovçuluqla məşğul olurmuş.

Vüqar Səfərlinin cinayət əməlləri aşağı-yuxarı hər kəsə məlumdur. Onun vəzifədən sui-istifadə etməsi, dövlət büdcəsinə külli miqdarda ziyan vurması, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırması və digər qanunsuz əməllər törətməsi müəyyən edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında artıq Vüqar Səfərlinin əmlaklarına həbs qoyulması barədə məlumat verilib. Onun mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərinin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub.

image-b

İndi ortaya bir sual çıxır: Bir müddət əvvəl Qax Dövlət Təbiət Yasaqlığında sayı təbiətdə cəmi 200-250 cüt olan nadir Qafqaz durnasını ovlayan, ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları məhv edən, Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edən və böyük səs-küyə səbəb olan ərəblərdən Vüqar Səfərlinin nə fərqi var? Ərəblərə qarşı təşkil olunan etiraz Vüqar Səfərli və onun timsalında vəzifəsindən sui- istifadə edən, qeyri-qanuni əməllər törədən məmurlara qarşı da edilməli deyilmi? Təbii ki, cinayətin milləti olmaz, lakin öz ölkəsinə, dövlətinə və xalqına divan tutanlar ən böyük cinayətkarlardır.