Vuruşaq, amma vurmayaq – Volodimir Zelenskinin məntiqibackend

Vuruşaq, amma vurmayaq – Volodimir Zelenskinin məntiqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ilə enerji infrastrukturuna hücumdan qarşılıqlı imtina eskalasiyaya kömək edə bilər.

Enerji və naviqasiya azadlığı mövzularında nəticələrin əldə edilməsi “Rusiyanın müharibəni bitirməyə hazır ola biləcəyinə işarə olacaq. “Biz onların enerji infrastrukturuna hücum etmirik, onlar bizim infrastrukturumuza hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm ki, bəli”, –Zelenski “Financial Times”a müsahibəsində deyib.

Ukrayna prezidenti ərazi güzəştləri müqabilində NATO-ya qoşulmaq üçün Qərblə hər hansı danışıqları inkar edir. “Bəzi tərəfdaşlar bu barədə düşünə bilərlər. Amma onlar bunu şəxsən mənə deyil, daha çox media vasitəsilə çatdırırlar”, – deyə Zelenski bildirib.

//Samir Qurbanov, Editor.az