Vüsalə “Tik-Tok”dakı VİDEOsundan danışdı: “Bu, sevgi yox, əxlaqsızlıqdır”backend

Vüsalə “Tik-Tok”dakı VİDEOsundan danışdı: “Bu, sevgi yox, əxlaqsızlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Vüsalə Əlizadəyə qarşı sosial şəbəkədə dələduzluq edilib.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, TikTok-da aparıcının adına səhifə açılıb və insanlardan pul yığılıb. Bu haqda Vüsalə açıqlama yayaraq, izləyicilərinə müraciət edib:

“Məni sosial şəbəkədə izləyənlər, sizə səslənirəm. TikTok-da heç bir səhifəm yoxdur. Onun kəndarında belə dayanmamışam. Mənim adımdan səhifələr açılıb. Biri isə özünü necə inandırıb ki… Bu sevgi yox, əxlaqsızlıqdır. Həyatımda yaşananlardan sonra başım ailəmə qarışıb, ancaq reklam paylaşıram. Bununla ciddi məşğul olacam. Canlı efir açıb, kənarda dayanıb adımdan pul yığırlar. Bu qədər rəzillik, Allahsızlıq etmək olmaz. Yaxınlarım deyir ki, niyə bizi canlıya qəbul etmirsiz? Deyirəm, mən deyiləm. İnsanlar necə geridüşüncəli ola bilərlər?”.