Vyana hücumunda əli olan terror qruplaşması açıqlandıbackend

Vyana hücumunda əli olan terror qruplaşması açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cihadçılar Vyanadakı hücumda iştirak etdiklərini açıqlayıblar.

Bu barədə ekstremistlərin informasiya fəaliyyətini izləyən ABŞ şirkəti “SITE Intelligence Group” xəbər yayıb.

Qeyd edilir ki, hadisə ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı mübarizə koalisiyasında iştirakı üçün Avstriya ilə “hesablaşma hissəsi”dir.

Xatırladaq ki, bazar ertəsi Vyananın mərkəzində bir qrup naməlum şəxs silahla atəş açaraq, insanlara hücum edib.

Avstriya kansleri Sebastian Kurz hadisənin terror hücumu olduğunu deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində biri terrorçu olmaqla, üç nəfər ölüb, 15 nəfər yaralanıb.