Vyanada terror təhlükəsi: Teylor Sviftin konsertləri ləğv edildibackend

Vyanada terror təhlükəsi: Teylor Sviftin konsertləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı müğənni Teylor Sviftin Vyanadakı üç konserti terror aktları təhlükəsi səbəbindən ləğv edilib.

Editor.az xəbər verir ki, bu barədə avqustun 7-də “NBC News” məlumat yayıb: “Hökumət rəsmiləri Ernst Happel stadionunda gözlənilən terror aktını təsdiqlədikdən sonra hər kəsin təhlükəsizliyi naminə planlaşdırılan üç konserti ləğv etməkdən başqa seçimimiz yoxdur”, – tədbirin təşkilatçısı Barracuda

Music Instagram sosial şəbəkəsində yazıb. Kanal izah edib ki, həmin gün iki nəfər Vyanada böyük hadisələr, o cümlədən Sviftin qarşıdan gələn konsertləri zamanı terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilib. “NBC News” əlavə edib ki, Vyana polis direktoru Franz Ruf və polis rəisi Gerhard Pürstl mətbuat konfransında bildiriblər ki, polis tərəfindən həbs edilənlərdən biri İslam Dövlətinə (İŞİD terror təşkilatı) beyət etdiyi iddia edilən 19 yaşlı gəncdir.

Mütəxəssislər onun həbsi zamanı kimyəvi maddələr aşkar ediblər. Müstəntiqlər həmin maddələrin bomba yaratmaq üçün istifadə edilib-edilmədiyini müəyyən etməyə çalışırlar.

//Samir Qurbanov, Editor.az