Vyetnamda təbii fəlakətin səbəb olduğu itkilərin sayı durmadan artırbackend

Vyetnamda təbii fəlakətin səbəb olduğu itkilərin sayı durmadan artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yagi qasırğasının Vyetnamın şimalında yaratdığı daşqınlar nəticəsində azı 233 nəfər ölüb, 823 nəfər yaralanıb. 103 nəfər itkin düşüb.

Fövqəladə hallar xidmətlərinin məlumatına görə, Vyetnamın 26 əyalət və şəhərində daşqınlar nəticəsində 204 mindən çox ev və bina su altında qalıb və dağılıb, elektrik və rabitə xətləri də sıradan çıxıb. Daşqın çəltik, meyvə və digər bitkilərin becərildiyi 263 min hektardan çox kənd təsərrüfatı sahəsini məhv edib. Xilasetmə və bərpa işlərində Vyetnam Xalq Ordusunun və Xalq Milislərinin bölmələri iştirak edir. Zərərçəkənlərə kömək etmək üçün bütün ölkə üzrə pul yığılması təşkil edilib.

Xatırladaq ki, Super Yagi tayfunu sentyabrın 1-də Cənub-Şərqi Asiyanı vurub. Filippin, Çin və Honq Konqda da ölümlərə səbəb olub. Filippin Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması Şurası təbii fəlakətin vurduğu zərəri 1,36 milyard Filippin pesosu (27,57 milyon dollar) səviyyəsində qiymətləndirib.

//Samir Qurbanov, Editor.az