Vyetnamda Yagi qasırğası nəticəsində ölənlərin sayı 21-ə yüksəlibbackend

Vyetnamda Yagi qasırğası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Cənub-Şərqi Asiya bölgəsindəki arxipelaqda təsirli olan və Vyetnamda quruya çıxan Yagi tayfunu dəhşətli fəlakətə səbəb olub. Ölkədə saatda 149 km-i keçən küləklərə səbəb olan qasırğa təxminən 3300 evə və 120 min hektardan çox əraziyə ziyan vurub.

Editor.az xəbər verir ki, meteorologiya rəsmiləri son 10 ildə “bölgənin ən güclü tayfunlarından biri” olaraq xarakterizə etdiyi Yagi səbəbiylə liman şəhəri Hai Phongda bir çox ərazi su altında qalarkən əyalətdə infrastrukturun zədələnməsi nəticəsində elektrik enerjisində fasilələr yaşanıb. Quanq Nin əyalətində güclü külək və dalğaların təsiri nəticəsində 30 gəmi batıb. Vyetnam Meteorologiya Təşkilatından verilən açıqlamada tayfunun qərbə doğru irəlilədiyi bildirilib, daşqın və sürüşmə riskinin davam etdiyi barədə xəbərdarlıq edilib.

Sentyabrın 3-də Filippinin şimal bölgələrini vuran Yaqinin səbəb olduğu güclü yağış, sel və torpaq sürüşmələri nəticəsində 14 nəfər həyatını itirib. Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Yagi tayfunu ilkin təsbitlərə görə, Filippindən sonra vurduğu Çinin Hainan əyalətində 4 nəfərin ölümünə səbəb olub.

//Gülnarə Abasova, Editor.az